Xamenei iki ölkə arasında gərginlik yaradan sözü niyə dedi?

08:02 - 25 Sentyabr 2024 - GÜNDƏM

 Xamenei iki ölkə arasında gərginlik yaradan sözü niyə dedi?

Tehranla Dehlinin münasibətlərində problem yaranıb. Buna səbəb İranın dini lideri Əli Xameneinin Hindistanda müsəlmanların sıxışdırıldığını söyləməsi olub. Bu açıqlamaya qədər münasibətlərdə gərginlik yox idi. Əksinə, Hindistan İrandan neft alışını artırmaqla yanaşı, bu ölkənin əsas limanlarından birinə sahiblənib. Buna baxmayaraq, ali dini liderin açıqlaması Hindistan Xarici İşlər Nazirliyinin sərt bəyanatı ilə nəticələnib.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, münasibətlərdə bu gərginlik iki ölkənin “Şimal-Cənub” nəqliyyat dəhlizini genişləndirməyə çalışdıqları dövrə təsadüf edib:

“Tehran Dehli ilə münasibətlərin gərginləşməsinin qarşısını almağa çalışacaq. Çünki Qərbin ağır sanksiyaları altında olan İranın Hindistanla iqtisadi əlaqələrə və ortaq layihələrə ehtiyacı var. Bundan başqa, İran və Hindistan Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS-də bir yerdə olacaqlar. Bu təşkilatlar çərçivəsində də əməkdaşlıq Tehran üçün əhəmiyyətlidir. İran-Hindistan münasibətlərində gərginlik Rusiyanın da maraqlarına ziddir. Ona görə də Kreml iki ölkə arasında gərginliyin böyüməsinə imkan verməməyə çalışacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Ədalət Verdiyev həbs olundu

Fikrimcə, Əli Xameneinin Dehlinin siyasəti ilə bağlı qəzəbinə səbəb olan əsas amil Hindistanın İsraillə yaxınlığıdır. Əli Xamenei müsəlman və İrana tərəfdaş ölkələrdən İsraillə əlaqələri kəsməyi tələb edir. Hindistan hökuməti isə əksinə, son illərdə İsraillə müxtəlif sahələrdə əməkdaşlığı genişləndirib. Hindistan İsraillə birgə hərbi texnika da istehsal edir. İranın ali dini liderini əsas narahat edən budur. Ancaq Dehli Tehranın istəyi ilə İsraillə sıx əməkdaşlıqdan imtina etməyəcək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol