Güneyli milli-mədəni fəal Rəhim Sasani Ermənistanın Araz çayını çirkləndirməsi ilə bağlı yazı və paylaşımlarına görə Xudafərin şəhərinin prokurorluğa çağırılıb.
BUTA.TV xəbər verir ki, bu barədə ona yaxın şəxslər məlumat yayıb.
Qeyd edək ki, ötən il Rəhim Sasani, Mustafa Əvəzpur, Məhəmməd Mərdi, Məhəmməd Əlipur, Sədullah Sasani və Cəfər Novruzi Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının zəhərli tullantılarının Araz çayına axıdılmasına görə Araz qırağında etiraz aksiyası keçiriblər.
Təhlükəsizlik qüvvələri həmin şəxsləri həbs etmiş və iki gündən sonra girov qarşılığında müvəqqəti sərbəst buraxmışdılar.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var