"ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin Bakı Ekspo Mərkəzində açılış mərasimi keçirilib.
Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti mərasimdə iştirak edib.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən sərgidə müxtəlif ölkələri təmsil edən çoxsaylı şirkətlər və rəsmi nümayəndə heyəti bir araya gəlib.
Sərgi çərçivəsində ilk dəfə olaraq Müdafiə Nazirliyinin stendi də nümayiş olunur. Stenddə silahlanmada olan müasir silah sistemləri, o cümlədən Xüsusi Təyinatlı Qüvvələrin təchizatı sərgilənir. Eyni zamanda Müdafiə Nazirliyinin tabeliyində olan təmir müəssisələrinin imkanları da təqdim edilir.
Sərgidə, həmçinin Milli Müdafiə Universitetinin tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələri barədə ətraflı məlumat verilir.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var