Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev “Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında Sazişin ratifikasiyası haqqında” Qazaxıstan Respublikasının Qanununu imzalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Akordanın mətbuat xidmətinə istinadla xəbər verir.
Bundan əvvəl, sentyabrın 13-də Qazaxıstan Senatı TDT ölkələri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında sazişi ratifikasiya edib.
Sazişin əsas məqsədi gömrük əməliyyatlarının sürətləndirilməsi, tələb olunan sənədlərin sayının azaldılması və risklərin idarə edilməsi sistemindən istifadə etməklə nəzarət formalarının minimuma endirilməsidir.
Sənəd iştirakçı dövlətlər arasında malların və nəqliyyat vasitələrinin gömrük nəzarətinin sürətləndirilməsinə yönəlib ki, bu da beynəlxalq ticarətin inkişafına müsbət təsir göstərəcək.
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi