İsrail hərbi komandanlığı Livanın şimalında bufer zona yaratmaq məqsədilə müəyyən ərazilərin ələ keçirilməsini nəzərdə tutan quru əməliyyatı hazırlayır.
BUTA.TV xəbər verir ki, bu barədə Britaniyanın “Ekonomist” jurnalı yerli mənbəyə istinadən məlumat yayıb.
"İşğal planları hazırdır. Lakin bu planları həyata keçirmək üçün hələ də burada kifayət qədər qoşunumuz yoxdur",- mənbə bildirib.
Nəşr xatırladıb ki, bundan əvvəl İsrail müdafiə qüvvələri Qəzza zolağından Livanla sərhədə iki diviziya köçürüb:
"Livanda rabitə cihazlarının partlamasından sonra Yaxın Şərqdə gərginliyin artmasına baxmayaraq, İsraillə Hizbullah arasında geniş müharibədən söhbət getmir. Hizbullah genişmiqyaslı hərbi əməliyyatlara keçərsə, İsrailin mərkəzindəki hədəfləri məhv etmək üçün daha uzaqmənzilli raketlərdən istifadə etməyə və yəhudi dövlətinin ərazisinə reydlər keçirməyə başlayacaq. Hadisələr belə inkişaf etsə, İsrail də öz növbəsində Hizbullahın raket anbarlarının və buraxılış məntəqələrinin bombalanmasını gücləndirəcək, həmçinin Livanın özündə hərəkatdan narazılıq yaratmaq ümidi ilə mülki infrastruktura hücumlara əl atacaq".
Nəşrin iddiasına görə, İsrailin hərbi-siyasi rəhbərliyində Livan ətrafındakı vəziyyətlə bağlı yekdil fikir yoxdur.
- Qərb liderlik etsəydi, Çin iqlim yardımını artıracaqdı - Nazir
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…
- Dünyanın ən ucaboy liderləri: Əliyev və Ərdoğanın yeri...
- Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirildi
- Bu nazirliyin tabeliyindəki qurumların sayı artırıldı - Qərar
- Adil Kərimli BMT forumu üçün Portuqaliyaya getdi