Dostlar, mən həbsdən buraxılmışam. Əvvəlcə İrəvanın “Zvartnots” hava limanında, sonra isə polis idarəsində ümumilikdə 4 saat vaxt keçirdim.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Azərbaycana qarşı böhtanları ilə tanınan bloger Aleksandr Lapşin yazıb.
O bildirib ki, saxlanılması ilə bağlı sifariş Azərbaycandan deyil, Belarusdan gəlib:
“Aeroport polislərindən biri məni aldatdı. Açıq şəkildə dedi ki, “Nikol Paşinyan səni Bakıya satacaq”. Lakin məni “Belarus prezidentinin şərəf və ləyaqətini təhqir” etməkdə ittiham etdilər.
İrəvanda həbsimin təşəbbüskarı Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk olub. Məni həbs edib Belarusa verməkdən imtina edən Ermənistan ədliyyə sisteminə təşəkkür edirəm”.
Qeyd edək ki, A.Lapşin ötən gün İrəvanda saxlanıldıqdan sonra sərbəst buraxılıb. Onun həbs sifarişinin Azərbaycandan gəldiyi iddia edilmişdi.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var