Son günlər Bakı bulvarında məşhur “Mirvari” gəmisi yenidən görünməyə başlayıb. Yayılan görüntülərdə gəminin yenilənmiş görkəmdə Dəniz Vağzalına yan aldığı əks olunur.
Bir neçə idir ki, dənizin səviyyəsinin aşağı enməsi səbəbindən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırıldığı bildirilirdi.
BUTA.TV xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Modern.az-a açıqlamasında artıq bir müddətdir gəmi gəzintisinin bərpası istiqamətində işlərin görüldüyünü, gəmilərin təhlükəsiz hərəkəti üçün marşrutun müəyyənləşdirildiyini və gəmi səyahəti üçün hazırlıqların aparıldığını bildirib:
“Xəzər dənizinin səviyyəsinin enməsi 2022-ci ildən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırılmasına səbəb olmuşdu. Cari ildə gəmilərin yenidən fəaliyyətə başlaması istiqamətində işlərə başlanıldı. Müvafiq hissələrdə dənizin dərinliyinin ölçülməsi həyata keçirildi və buna uyğun marşrut xətləri müəyyənləşdirildi. Eyni zamanda “Mirvari” gəmisinin təhlükəsiz və rahat hərəkəti üçün təmir və renovasiya işləri aparıldı. Bir neçə gündür gəmi Dəniz Vağzalı qarşısındakı körpüyə yan alıb və gəmi gəzintisi üçün son hazırlıq işləri görülür. Yaxın vaxtlarda bulvarda gəmi gəzintisi yenidən bərpa ediləcək”.
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı
- Xırdalanda qətl hadisəsi: saxlanılan var