Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mersedes" markalı mikroavtobus Gəncə istiqamətində hərəkətdə olarkən əks istiqamətdə hərəkət edən VAZ 2107 markalı avtomobillə çırpılıb.
Nəticədə hər iki avtomobildə olan sərnişinlər və VAZ-ın sürücüsü ağır bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
- Füzulidə ağır qəza: 2 ölü, 2 yaralı
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı
- Yol xətlənməsi narazılıq yaratdı: Qəza riski... - Video
- Bakıda 5 evi və 2 sexi soydu, saxlanıldı