ABŞ-ın Kentukki ştatının Letçer şəhərində hakim Kevin Mullins öz ofisində güllələnib.
BUTA.TV xəbər verir ki, onun ölümündə rayon polis rəisi Makkey Steyns ittiham olunur.
ABŞ mediasının məlumatına görə, polis rəisi Steyns Mallinslə təkbətək danışması lazım olduğunu deyərək, hər kəsdən otağı tərk etməyi xahiş edib. Onlar qapını bağlayıblar, bir müddət sonra atəş açılıb.
Steyns ofisdən əllərini yuxarı qaldıraraq çıxıb və polisə təslim olub.
Qətlin motivləri hələlik dəqiqləşdirilməyib. “Assoşeyted Press” yazıb ki, qətlə səbəb polis rəisi ilə hakim arasında məhkəmə binasında baş verən mübahisə ola bilər.
- Samuxda əkin sahəsindən kişi meyiti tapıldı
- FHN Gəncədə təlim keçirdi - Video
- Füzulidə ağır qəza: 2 ölü, 2 yaralı
- Uşaqpulu bərpa oluna bilər: məbləğ necə müəyyən ediləcək?
- Sumqayıtda bu konstruksiya söküldü - Foto
- Cabir İmanovun atası yubileyini belə qeyd etdi - Foto
- Sürücülərin diqqətinə: Sabah bu yollarda...
- Avtomobildən pul və telefon oğurlayan şəxs saxlanıldı