Bakı-Qazax avtomobil yolunun Padar qəsəbəsi ərazisindən keçən hissəsində qəza olub, bir nəfər ölüb.
Bu barədə BUTA.TV-a Bakı şəhər Dövlət Yol Polisindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 01 radələrində sözügedən ərazidə Mingəçevir şəhər sakini Rəsul Novruzovun idarə etdiyi “Mersedes” markalı nəqliyyat vasitəsi yol kənarında dayanan yük avtomobili ilə toqquşub.
Qeyd edilib ki, ilkin ehtimalla sükan arxasında yuxulayan 22 yaşlı R.Novruzov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək onları yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyə, uzaq məsafə qət edərkən 2-3 saatlıq fasiləsiz hərəkətdən sonra dayanaraq qısa müddətə istirahət etməyə, bunun üçün DYP-nin stasionar postlarında yaradılmış şəraitdən yararlanmağa çağırıb.
- Qız qaçıran kişi maşının baqajında ölü tapıldı
- Duda Bakıdan sonra niyə İrəvana getdi?
- Bu ölkə Ermənistana S-300-lər göndərir - Təcili
- Taksi qiymətlərində yenidən DƏYİŞİKLİK
- Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR
- 70 kq qızılla saxlanılan hərbi attaşe barədə qərar
- Qaz limitinin artırılması ilə bağlı təklif!
- Heç vaxt belə olmamışdı: iki nazirimiz gecə 4-də…