Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?

15:28 - 19 Sentyabr 2024 - GÜNDƏM

 Ölkəmizdə yağ niyə kəskin bahalaşdı?

Dünya bazarında cüzi artım var, bu isə yağların Azərbaycan bazarında bahalaşmasına kəskin təsir etməməli idi.

Bu sözləri BUTA.TV-a iqtisadçı Natiq Cəfərli kərə yağının qiymətinin Azərbaycanda kəskin artmasının səbəbləri haqqında danışarkən deyib.

“Yağın qiymətinin artmasının bir çox səbəbi var; əsas səbəb odur ki, biz istehlakçı deyilik, idxaldan asılı ölkəyik. Hətta yerli şirkətlərin bazara çıxardığı məhsulun xammalı xaricdən gətirilir. Bizdə, sadəcə, onu müxtəlif ölçüdə qablaşdırıb, satışa çıxarırlar. Yerli istehsal olmayanda qiymət həmişə xarici bazarlarda gedən proseslərə həssas olur”, - o bildirib.

Ekspert vurğulayıb ki, yanacağın qiymətinin artması da belə məhsulların bahalaşmasına səbəb olur:

Bu xəbər hal-hazırda çox oxunur
Qaz limitinin artırılması ilə bağlı təklif!

“Yağlar daha çox soyuducu avtomobillərlə daşınır, dizelin bahalaşması qiymət artımına təsir edir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol