Azərbaycanda yağların qiymətində kəskin artım müşahidə olunur.
BUTA.TV Bakupost.az-a istinadən xəbər verir ki, 180-200 qramlıq yağların qiyməti 5 manatı keçib. Belə ki, marketlərdə “Vestqold”un 180 qramlığı 5 manat 44 qəpik, “Ankor”un 200 qramlığı isə 5 manat 28 qəpikdir.
Bahalaşmadan narazı olan alıcılar deyirlər ki, ötən ay həmin yağların satış qiyməti 4 manat olub:
“200 qramlıq yağın qiyməti 6 manata çatır. Elə adam var mədəsində problem olur, başqa yağı yeyə bilmir. Məcburdur, bunlardan alsın. Amma qiymətlər "od tutub yanır". Bütün məhsulların qiyməti qalxıb. Aldığımız maaş bazarlığa çatmır. Hər ay 1-2 manat qiymətlər artır. Belə olmaz axı!”.
- Naxçıvanda da buraxılış imtahanları keçirildi
- Batumidə iki azərbaycanlı külli miqdarda narkotiklə tutuldu
- Evdən icazəsiz çıxan gəlinini 6 bıçaq zərbəsi ilə öldürdü...
- Bakıda sürücülər arasında gərginlik qəzaya səbəb oldu - Video
- Sabahın hava proqnozu açıqlandı
- Masallıda ağır qəza: 18 yaşlı gənc öldü
- Bakıda güclü külək əsir – Faktiki hava
- Samuxda əkin sahəsindən kişi meyiti tapıldı