Mebel istehsalçısı "Embavud" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) nağdsız ödənişlərdən imtina etdiyi üçün cərimə məbləği məlum olub.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, mebel şirkəti bu səbəbdən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 3 dəfə cəzalandırılıb.
Qanuni təmsilçisi Elşad İnşalla oğlu Abbasov olan "Embavud" MMC-yə fərqli vaxtlarda 5885.20, 3441.60 və 3037.00 manat maliyyə sanksiyası tətbiq edilib.
Qeyd edək ki, "Embavud" mebel firmasının sahibi sabiq deputat Məşhur Məmmədovdur. O, VI çağırış Milli Məclisin deputatı olub.
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Naxçıvanda da buraxılış imtahanları keçirildi
- Batumidə iki azərbaycanlı külli miqdarda narkotiklə tutuldu
- Evdən icazəsiz çıxan gəlinini 6 bıçaq zərbəsi ilə öldürdü...
- Bakıda sürücülər arasında gərginlik qəzaya səbəb oldu - Video
- Sabahın hava proqnozu açıqlandı