Sentyabrın 26-dan oktyabrın 7-dək Qazaxıstanda KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələri “Sarsılmaz Qardaşlıq-2024” komanda qərargah təlimi keçirəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
“2024-cü il sentyabrın 26-dan oktyabrın 7-dək Almatı vilayətindəki Bereq poliqonunun bazasında KTMT-nin Kollektiv Sülhməramlı Qüvvələri “Sarsılmaz Qardaşlıq-2024” komanda-qərargah təliminin keçirilməsini planlaşdırır”, - məlumatda deyilir.
Bildirilib ki, döyüş hazırlığı tapşırıqlarını yerinə yetirmək üçün sentyabrın 18-dən Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan olan hərbi kontingentlər manevr yerinə gəlməyə başlayacaq.
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Naxçıvanda da buraxılış imtahanları keçirildi
- Batumidə iki azərbaycanlı külli miqdarda narkotiklə tutuldu
- Evdən icazəsiz çıxan gəlinini 6 bıçaq zərbəsi ilə öldürdü...
- Bakıda sürücülər arasında gərginlik qəzaya səbəb oldu - Video
- Sabahın hava proqnozu açıqlandı