Ermənistan Türkiyə ilə diplomatik əlaqələr qurmalı, quru sərhədini açmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan regionda aqressiya səviyyəsinin azaldılmasının vacib olduğunu vurğulayıb:
“Aydındır ki, bizim Gürcüstan və İranla xüsusi, dərin münasibətlərimiz var və hesab etmirəm ki, burada uzunmüddətli perspektivdə hər hansı münaqişə potensialı var. Düşünürəm ki, Türkiyə ilə də diplomatik əlaqələr qurmalı və quru sərhədini açmalıyıq”.
Paşinyan Türkiyədə Ermənistanla bağlı təsəvvürün dəyişməsinə də diqqət çəkib, hər iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların vacibliyini vurğulayıb.
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Naxçıvanda da buraxılış imtahanları keçirildi
- Batumidə iki azərbaycanlı külli miqdarda narkotiklə tutuldu
- Evdən icazəsiz çıxan gəlinini 6 bıçaq zərbəsi ilə öldürdü...
- Bakıda sürücülər arasında gərginlik qəzaya səbəb oldu - Video
- Sabahın hava proqnozu açıqlandı