İsrail kəşfiyyatı peycerləri bu cür partladıb

12:44 - 18 Sentyabr 2024 - GÜNDƏM

 İsrail kəşfiyyatı peycerləri bu cür partladıb

MOSSAD Hizbullah üçün beş min peycerə partlayıcı yerləşdirib.

BUTA.TV xəbər verir ki, məlumatı xarici media yazıb.

Bildirilir ki, qadcetlər Tayvanın “Qold Apollo” şirkətindən sifariş edilib. Müxtəlif mənbələrə görə, üç min peycer kod mesajı göndərildikdən sonra eyni vaxtda partlayıb. Onların tərkibində 3-dən 20 qrama qədər partlayıcı yerləşdirildiyi ehtimal edilir.

Tayvan polisi hazırda şirkətdə yoxlamalara başlayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

“Qold Apollo” şirkəti partlayan peycerlərin Livandakı ticarət tərəfdaşları tərəfindən istehsal edildiyini açıqlayıb.

Qeyd edək ki, İsrailin peycerlərə kiberhücumu nəticəsində 11 nəfər ölüb, 4 min nəfər yaralanıb. Yaralılar içərisində İranın Livandakı səfiri də var.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol