Hizbullahçılar və səfir niyə smartfon yox, peycer gəzdirir?

10:42 - 18 Sentyabr 2024 - HADİSƏ

 Hizbullahçılar və səfir niyə smartfon yox, peycer gəzdirir?

Xəbər verdiyimiz kimi, İsrail Livana kiberhücum həyata keçirib. Hücum nəticəsində İran səfiri də daxil olmaqla, 4 minə yaxın insan yaralanıb, 11 nəfər isə ölüb.

BUTA.TV xəbər verir ki, peycerlərin kiberhücum nəticəsində partlaması bu cihazları gündəmə gətirib.

Peycer - simsiz telekommunikasiya cihazıdır. Mesajlar ona peyjinq şəbəkəsinin radio ötürücüsindən ötürülür. Peycerə mesaj göndərmək üçün adətən operatorun telefon nömrəsini yığmaq və ya adını vermək və mesajı diktə etmək lazımdır.

Birtərəfli peycerlər yalnız mesajları qəbul edə bilər, cavab peycerləri və ikitərəfli peycerlər isə daxili ötürücüdən istifadə edərək mesajları qəbul edə, cavablandıra və yarada bilər.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Peycerlər 1950-1960-cı illərdə hazırlanıb. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində isə geniş istifadə olunub. Mətn mesajlaşma qabiliyyətinə malik mobil telefonların və smartfonların geniş yayılması peycer istifadəsini xeyli azaldıb. Buna baxmayaraq, peycerlərdən bəzi fövqəladə hallar xidmətləri və ictimai təhlükəsizlik işçiləri istifadə edilməkdə davam edir. Çünki peycer mobil şəbəkələrdən daha etibarlıdır: dinlənilməsi, onu daşıyan şəxsin izlənilməsi çətindir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol