Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zəkiyyə İğılın etimadnaməsini qəbul edib.
“BUTA.TV”nun məlumatına görə, rəsmi görüşün görüntülərində maraqlı məqam ortaya çıxıb. Belə ki, həm dövlət başçısının, həm də səfirin masasında Kəlbəcər rayonunda istehsal olunan “İstisu” mineral suyu da yer alıb. Rəsmi qəbullarda bu brendin yer alması Vətən müharibəsində qazanılan qələbəni tərənnüm edən rəmzlərdən biri kimi qiymətləndirilir.
Qeyd edək ki, bu ilin sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” mineral su zavodunun açılışı olub. Zavod Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyunu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edib.

- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Naxçıvanda da buraxılış imtahanları keçirildi
- Batumidə iki azərbaycanlı külli miqdarda narkotiklə tutuldu