Marketlərdə ölüm saçan məhsullar -  Bu şəxslərin həyatı təhlükədədir! 

18:33 - 17 Sentyabr 2024 - GÜNDƏM

 Marketlərdə ölüm saçan məhsullar -  Bu şəxslərin həyatı təhlükədədir! 

Marketdə bir sıra qidalar var ki, onlar sağlamlığımız üçün müəyyən dərəcədə riskli ola bilər. Ancaq çox zaman bunun fərqində olmuruq. Həmin məhsulları istifadə etdikdən sonra səhhətimizdə bir sıra problemlər ortaya çıxır. Beləliklə, həm büdcəmizə, həm də sağlamlığımıza ciddi ziyan dəyir. 

BUTA.TV-a açıqlama verən Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova həmin qidalarla bağlı önəmli detallardan söz açıb: 

“Metal qablaşdırılmalarda satışa çıxarılan konservləşdirilmiş məhsullar var ki, bunlar balıq, mal ətindən hazırlanır ki, açdıqdan sonra dərhal istifadə olunması tövsiyə edilir. Əgər istifadə olunmayacaqsa, ağzı qapalı şəkildə, şüşə qabda saxlanılmalıdır və mümkün qədər kiçik qablara yerləşdirilməlidir ki, istifadə olunandan sonra qalıq qalmasın. Eyni zamanda digər diqqət edəcəyimiz məqam odur ki, əgər istifadə müddəti bitməyibsə, digər, yəni, metal qabda şişkinlik varsa, yaxud da üzərində etiket məlumatları tam şəkildə qeyd olunmayıbsa, bu məhsuldan istifadə etmək tövsiyə olunmur. Məhsulun üzərində istehsalçı şirkət, əmtəə nişanı, tərkibi, malın xalis çəkisi haqqında, eyni zamanda saxlanma şəraiti barədə məlumatlar tam olmalıdır. Metal qablarda olan konservləşdirilmiş məhsulların son istifadə tarixi həmin qabda, metalın üzərində qeyd olunmalıdır. Kağız etiket üzərində sonradan əlavə olunubsa, həmin məhsul təhlükəli hesab olunur. Belə qidalara diqqət etmək lazımdır”.

Ekspert onu da qeyd edib ki, ümumiyyətlə, bütün meyvə-tərəvəzlərdən öz mövsümündə yararlanmaq daha faydalıdır: 

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

“Konservləşdirilmiş məhsullar isti emala məruz qaldığı üçün tərkibində yer alan bir çox vitamin və minerallar öz dəyərini itirir ki, bu da, o qədər də sağlamlığa faydalı hesab olunmur. Xüsusilə də, allergik reaksiyası olan şəxslər, azyaşlılar, immun sistemi zəif insanlar, yaşlılar, xroniki xəstələr belə məhsullardan istifadə etdikdə, sağlamlıq problemləri ilə üzləşirlər. Ona görə də, həmin şəxslərin konservləşdirilmiş məhsuldan istifadə etməsi o qədər də tövsiyyə olunmur”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol