Kanadanın Ontario əyalətinin psixi sağlamlıq və asılılıqlar üzrə nazir müavini Maykl Tibollo (Michael Tibollo) Azərbaycana səfəri çərçivəsində Xankəndi və Şuşa şəhərlərində olub.
BUTA.TV xəbər verir ki, əvvəlcə Xankəndinə gedən qonaq şəhərlə tanış olub və Qarabağ Universitetinin rəhbərliyinin Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları ilə apardığı fikir mübadiləsində yaxından iştirak edib.
Daha sonra Şuşaya yola düşən nazir müavini Maykl Tibolloya şəhərin tarixi, erməni işğalı dövründə törədilən vandalizmlər və işğaldan azad olunduqdan sonra aparılan təmir-bərpa, yenidənqurma işləri haqqında məlumat verilib. “Güllələnmiş heykəllər” abidəsi, Şuşa qalası, Cıdır Düzü və digər görməli yerləri ziyarət edib.
Qeyd edək ki, Maykl Tibollo Şuşaya səfəri ərəfəsində “Maddə istifadəsi pozğunluqlarının müalicəsi üçün uzunmüddətli yaşayış terapevtik icmalarının effektivliyi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək klinik psixologiya üzrə doktorluq dərəcəsinə yiyələnib.
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq
- Güclü küləklə bağlı xəbərdarlıq edildi
- Naxçıvanda da buraxılış imtahanları keçirildi
- Batumidə iki azərbaycanlı külli miqdarda narkotiklə tutuldu
- Evdən icazəsiz çıxan gəlinini 6 bıçaq zərbəsi ilə öldürdü...
- Bakıda sürücülər arasında gərginlik qəzaya səbəb oldu - Video