Ukraynanın Rusiyaya zərbə endirmək üçün uzaqmənzilli Qərb raketlərindən istifadə etməyə icazə verib-verməməsi ayrı-ayrı ölkələrdən asılı olacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq LBC telekanalına müsahibəsində deyib.
“Bu qərarlar alyansın ayrı-ayrı üzvlərinin qəbul etməli olduğu qərarlardır, lakin bizim bu məsələlərlə bağlı yaxından məsləhətləşməyimiz vacibdir”, - o bildirib.
Eyni zamanda, o vurğulayıb ki, müharibədə risksiz heç bir seçim yoxdur.
“Avropada Moskvanın başladığı genişmiqyaslı müharibə var, amma inanıram ki, bizim üçün ən böyük risk Ukraynada Prezident Putinin qələbəsi olacaq”.
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq