Xankəndi Qarabağ Universitetinin ilk tələbələrini qarşılayıb.
BUTA.TV xəbər verir ki, Qarabağ Universitetində tədris ilinin başlamasına sayılı günlər qalsa da, artıq bu təhsil ocağının tələbələri indidən Xankəndiyə yollanıblar.
Tələbələr deyirlər ki, bir neçə gün əlavə vaxtlarının olmasından istifadə edərək Xankəndi şəhəri və ətraf ərazilərlə tanış olublar.
Xankəndiyə avtobus marşrutlarının açılması da tələbələrin ürəyincə olub.
Tələbələr öz yaşadıqları bölgələrdən Xankəndiyə gələrkən onları iki nəfər ailə üzvü müşayiət edə bilər.
Qeyd edək ki, ilk tədris ilində Qarabağ Universitetində 1 104 tələbə təhsil alacaq.
Ətraflı Xəzər TV-nin videomaterialında:
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı
- Temperatur 8 dərəcə enəcək – Xəbərdarlıq