"Qarabağ" Avropa Liqasında pley-off oynayacaq - FMT

22:54 - 16 Sentyabr 2024 - İDMAN

Futbol statistikası və analitikası ilə məşğul olan beynəlxalq “Football Meets Data” səhifəsi Avropa Liqasının təhlilini həyata keçirib.

BUTA.TV Qol.az-a istinadən xəbər verir ki, Liqa mərhələsində yarışan 36 komandanın pley-off, 1/8 final və 1/4 finala çıxmaq şansları dəyərləndilib.

Təhlilçilərin fikrincə, Azərbaycan çempionu “Qarabağ” “pley-off”da iştirak edə biləcək. Ağdam klubunun ən güclü 24 komanda sırasına düşmək şansı 63 faiz olaraq göstərilib. Onlara görə, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Liqa mərhələsini 23-cü yerdə başa vuracaq "pley-off"da oynaya biləcək.

“Qarabağ”ın TOP-8-ə düşmək şansı isə 13 faiz olaraq qeyd edilib. Yəni “Football Meets Data”ya görə, “Qarabağ”ın bu mərhələdə iştitak ehtimalı çox azdır.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Xatırladaq ki, Liqa mərhələsində “Qarabağ”ın rəqibləti “Tottenhem” (İngiltərə), “Malmö” (İsveç), “Ayaks” (Niderland), “Bodo Qlimt” (Norveç), “Lion” (Fransa), Elfsborq” (İsveç) FCSB (Rumıniya) və “Olimpiakos”dur (Yunanıstan).

Avroliqanın Liqa mərhələsində 1-8-ci yeri tutanlar 1/8 finala birbaşa vəsiqə qazanır. 9-24-cü yeti tutanlar isə şərti olaraq 1/16 final da adlandıra biləcəyimiz “pley-off”da oynayacaqlar. 25-36-cı yeri tutanlar avrokuboklarda iştirakını başa vururlar.

“Football Meets Data”ya görə, Avroliqada 1/4 finala isə aşağıda adları qeyd edilən 8 komanda yüksələcək:

1. “Tottenhem (İngiltərə)

2. “Qalatasaray” (Türkiyə)

3. “Mançester Yunayted” (İngiltərə)

4. “Atletik” (İspaniya)

5. “Roma” (İtaliya)

6. “Latsio” (İtaliya)

7. “Porto” (Portuqaliya)

8. “Ayntraxt” (Almaniya)

Final mərhələsi üçün proqnoz:


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol