Şərqi Azərbaycan əyalətinin Sarab şəhərində Azərbaycan Demokrat Firqəsinin 24 üzvünün edam edildiyini əks etdirən tarixi sənəd yayılıb.
BUTA.TV xəbər verir ki, sənəd 1947-ci ilin sentyabr ayının 6-na aiddir.
Azərbaycan polis rəisi general Daneşpurun imzası ilə İran Daxili İşlər Nazirliyinə göndərilən gizli məktubda edam edilənlərin adları qeyd olunub.
MəktubdaSarab şəhərinin polis idarəsi və hərbi qubernatorluğuna istinadən Cənubi Azərbaycan Milli Hökumətinin edam edilən yerli üzvləri “xain” kimi qələmə verilib.
Qeyd edək ki, 1945-ci ilin 12 dekabrında Mir Cəfər Pişəvərinin başçılığı ilə qurulan Milli Hökumət 1946-cı ilin 12 dekabrında devrilib. Tehran ordusunun Azərbaycana girməsindən sonra törədilən qətliam nəticəsində 25 min azərbaycanlı öldürülüb, 12 min nəfər didərgin düşüb, 10 mindən çox azərbaycanlı isə həbsxana və sürgünə göndərilib.
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı