Dünyada COVİD-in yeni versiyası sürətlə yayılır.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, COVİD XEC mutasiyasına ilk dəfə bu ilin iyun ayında Almaniyanın paytaxtı Berlin şəhərində rast gəlinib.
Mütəxəssislər havaların soyuması ilə bu versiyanın daha təhlükəli olacağını proqnozlaşdırırlar.
Bildirilib ki, COVİD XEC əsasən, Danimarka, Almaniya, Böyük Britaniya və Niderlandda sürətlə yayılır.
Həkimlər qeyd edirlər ki, yeni mutasiyanın əsas əlamətləri yüksək temperatur, öskürmə, dadbilmə və qoxu qabiliyyətinin itməsi, yorğunluqdur.
Vurğulanıb ki, mövcud vaksinlər yeni mutasiyaya qarşı da keçərlidir.
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı