Azərbaycan delimitasiyanı yalnız onun üçün faydalı olan yerdə aparacaq.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan parlamentdə keçirdiyi brifinqdə delimitasiya komissiyalarının reqlamentinin mətnini şərh edərkən deyib.
“Əsasnamədə mövcud olan ziddiyyətlər Konstitusiya Məhkəməsi tərəfindən təsdiq olunarsa, Azərbaycanın Ermənistana təzyiq göstərməsi üçün əsas olacaq. Orada ən azı iki qeyri-real məqam var. Birincisi, Almatı Bəyannaməsinin bəndinə dəyişiklik edilməsinin mümkünlüyünə, ikincisi, müəyyən ərazilərdə delimitasiya və demarkasiyanın aparılmasının mümkünlüyünə aiddir. Azərbaycan harda öz maraqlarına uyğun delimitasiya aparmaq istəyirsə, bunu edəcək. İstəmədiyi yerdə olmayacaq. Azərbaycan Konstitusiya Məhkəməsinin icazəsindən İrəvana daha çox təzyiq göstərmək üçün istifadə edəcək”, - o bildirib.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı