Səudiyyə Ərəbistanı Yəmən husilərinin bölgədə artan təhdidlərindən narahatlığını ifadə etməklə yanaşı, husilərə silah tədarükünün qarşısını almaq üçün İrana beynəlxalq təzyiqləri gücləndirməyə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Quardian” nəşri məlumat yayıb.
Səudiyyə Ərəbistanının yüksək rütbəli kəşfiyyat rəsmisi və keçmiş diplomatı Türki əl-Feysəl Londonda “Chatham House” beyin mərkəzində etdiyi son çıxışında İran hökumətinin husilərə davamlı dəstəyindən Ər-Riyadın narazılığını ifadə edib.
“İran hökumətinə artan təzyiqlər Yəmən husilərinin raket və pilotsuz təyyarə imkanlarının azalmasına müsbət təsir göstərəcək. Husilər indi Bab əl-Məndabın Qırmızı dənizə girişində dünyanı girov saxlayırlar”, - Türki əl-Feysəl qeyd edib.
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı