ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı növbəti sui-qəsd cəhdi edildiyinə dair məlumatlar yayılıb. İyulun 13-də edilən ilk sui-qəsd cəhdinin müəmmalı tərəfləri çox olsa da, Baydenlə debatdan (27 iyun) qalib ayrılan Trampın əlini ciddi şəkildə gücləndirdi. Respublikaçılar sentyabrın 10-a təyin edilən ikinci debatda Baydeni tamamilə nüfuzdan salacaqlarını düşünürdülər. Lakin proses demokratların əleyhinə cərəyan etdiyi vaxt “məğlub” Baydenin yerinə Harrisin namizəd olması mənzərəni dəyişdirdi. Debata Bayden yox, Harrislə çıxan Tramp bu dəfə istədiyi nəticəni əldə edə bilmədi. Debatdan sonr rəy sorğularının nəticələri də respublikaçıların namizədinin əleyhinədir.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı Trampa qarşı növbəti sui-qəsd cəhdi haqda yayılan məlumata münasibətində bildirib.
“Proseslərin inkişafı fonunda Trampa qarşı “növbəti sui-qəsd cəhdi” ilə bağlı informasiyaların ictimai rəyə hesablandığı ehtimalı daha güclü görünür. Bütün ölkələrdə namizədin ölümlə təhdid edilməsi elektoratın dəstəyini qazanmaqda effektiv metoddur”, - o vurğulayıb.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı