Rusiya Prezidenti Vladimir Putinin təhdidləri boşdur. O, çox danışır, bu onun üslubudur.
BUTA.TV xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Putinin Ukrayna ordusunun Qərbin uzaqmənzilli silahları ilə Rusiya ərazisinə hücum etməsinə icazə verilməsinin NATO-nu Kremllə müharibə vəziyyətinə salacağı barədə çıxışını şərh edərkən deyib.
"O, tanklar, raketlər və nüvə silahları ilə hədələyir. Başqa ölkələri özbaşına işğal etmək istəyən imperialist faşist bizi yoldan daşındıra bilməz. Ona Ukrayna ilə bunu etməyə icazə versək, inanın ki, bununla da dayanmayacaq",- o bildirib.
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer
- Xəzər rayonunda ikimərtəbəli ev yandı