15 ölkədən 68 seysmoloq 2023-cü ilin sentyabrında bütün dünyada qeydə alınan və doqquz gün davam edən seysmik dalğanın mənşəyini müəyyən edib.
BUTA.TV xəbər verir ki, müəmmalı hadisənin səbəbini çöl ölçmələri, peyk şəkilləri və kompüter modelləşdirməsindən istifadə etməklə müəyyən etmək mümkün olub.
“Science” jurnalında dərc edilən araşdırmada qeyd olunub ki, yerin monoton uğultu ilə müşayiət olunan titrəyişinin səbəbi Qrenlandiyanın şərqində Dikson Fyorduna çökən və sunamiyə səbəb olan dağ zirvəsi olub. Durğun dalğa Fyordun qapalı məkanında sahildən sahilə yellənib.
Tədqiqatlar göstərib ki, bu məsələdə təkanverici amil kimi iqlim dəyişmələri çıxış edib, nəticədə dağın yamacını sabitləşdirən əriyən buzlaq dənizə çöküb.
“Bu, əvvəllər belə uzun müddət ərzində müşahidə olunmayan seysmik siqnal idi. Qlobal istiləşmə əvvəllər heç vaxt görmədiyimiz hadisələrlə üzləşməyimizə gətirib çıxara bilər. Buzla örtülmüş ərazilərdə qlobal istiləşmə təkcə buzların qopmasına və yox olmasına deyil, həm də dağ yamaclarının sabitliyinin pozulmasına gətirib çıxarır. Çox güman ki, Qrenlandiyanın fyordlarında bizi yeni sürüşmələr və sunamilər gözləyir”, - tədqiqatçılar bildirib.
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı