Növbədənkənar parlament seçkiləri ilə əlaqədar 42 saylı Sumqayıt Birinci Seçki Dairəsindən namizəd Yasəmən Mahmudovanın (Qaraqoyunlu) müraciətinə baxılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.
O bildirib ki, namizəd müraciətində seçki dairəsi üzrə səsvermənin nəticələrinin ləğv edilməsini istəyib:
“Müraciət etmiş deputatlığa namizəd seçki dairəsi üzrə bütün seçki məntəqələrində total pozuntuların olmasını iddia edib. İddia edilən pozuntularla əlaqədar namizədin iştirakı ilə aparılmış araşdırma zamanı səsvermə günü seçkini müşahidə etmiş müşahidəçilərdən alınam izahatlarla onun iddiaları öz təsdiqini tapmayıb. Namizəd tərəfindən təyin edilmiş 8 müşahidəçi Sumqayıtın müxtəlif televiziya kanallarına müsahibə veriblər və seçkinin qanunvericiliyə uyğun aparıldığını deyiblər. Araşdırma zamanı müəyyən edilib ki, dairə üzrə 27 saylı məntəqə istisna olmaqla, iddia olunan pozuntular öz təsdiqini tapmayıb. Beləliklə ərizəçinin müraciəti qismən təmin edilməli, 27 saylı seçki məntəqəsi üzrə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.
Məsələ səsverməyə çıxarılıb və qəbul edilib. Qeyd edilən seçki dairəsində 27 saylı seçki məntəqəsi istisna ilə, DSK-nın qərarı qüvvədə saxlanılıb.
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer