ABŞ Dövlət Departamentinin Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi, o cümlədən sərhədlərin delimitasiyasının tənzimlənməsi haqqında Əsasnaməyə dair razılaşmaları alqışlayan yazılı bəyanat yaymasının iki səbəbi var.
BUTA.TV xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu Entoni Blinkenlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda baş tutmuş telefon danışığının bəzi təfərrüatlarını şərh edərkən deyib.
Politoloq qeyd edib ki, belə bir açıqlama yaymaqla Vaşinqton Moskva ilə aralarındakı fərqi qabartmağa çalışıb:
“Vaşinqton bununla göstərib ki, Azərbaycanla Ermənistan arasında vasitəçi olmadan birbaşa danışıqlarda əldə edilən razılaşmaları dəstəkləyir. İkincisi, Vaşinqton belə bir açıqlama yaymaqla Kremlin yanaşmasından fərqini göstərməyə çalışıb. Misal üçün Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla Ermənistan arasında əldə edilən razılaşmaları dəstəkləyən bəyanat yoxdur. Kremlin yeganə mesajı budur ki, işin içində biz də olmalıyıq. Vaşinqtonun oxşar iddiası yoxdur.
Qeyd edək ki, ABŞ dövlət katibi Entoni Blinkenlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda baş tutan telefon danışığından bir neçə gün ötəndən sonra Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlaması yayılıb.
Bildirilib ki, ABŞ Azərbaycan və Ermənistanın münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır, xüsusilə sərhədlərin delimitasiyasının tənzimlənməsi haqqında Əsasnaməyə dair razılaşmaları qeyd edir.
Miller vurğulayıb ki, Blinken Paşinyanla söhbətində Cənubi Qafqazda davamlı və layiqli sülhün bərqərar olmasının vacibliyini təsdiqləyib.
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer