ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) müxtəlif ölkələrdə ölüm və doğuş göstəricilərini hesablayıb.
BUTA.TV xəbər verir ki, hesabatda Azərbaycan ölüm səviyyəsinə görə 142-ci (hər 1000 nəfərə 6,4 ölüm), doğuş səviyyəsinə görə isə 161-ci (hər 1000 nəfərə 11,2 doğuş) olub.
Gürcüstan ölüm səviyyəsinə görə 11-ci (hər 1000 nəfərə 13,3 ölüm), doğuş səviyyəsinə görə isə 148-ci (hər 1000 nəfərə 12 doğuş) yerdədir.
Ermənistan ölüm səviyyəsinə görə 42-ci (hər 1000 nəfərə 9,6 ölüm), doğuş səviyyəsinə görə 177-ci yeri (hər 1000 nəfərə 10,5 doğuş) tutur.
Türkiyə ölüm nisbətinə görə 151-ci (hər 1000 nəfərə 6,1 ölüm), doğuş səviyyəsinə görə isə 122-ci (hər 1000 nəfərə 13,8 doğuş) yerdədir.
İran ölüm səviyyəsinə görə 187-ci (hər 1000 nəfərə 5,3 ölüm), doğuş səviyyəsinə görə isə 119-cu (hər 1000 nəfərə 14,3 doğuş) yerdədir.
Rusiya ölüm nisbətinə görə 9-cu (1000 nəfərə 14 ölüm), doğuş nisbətində 209-cu (1000 nəfərə 8,4 doğuş) yerdədir.
Dünyada ən yüksək ölüm (1000 nəfərə 18,6) və ən aşağı doğuş səviyyəsi (hər 1000 nəfərə 6) Ukraynada qeydə alınıb.
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer