Əhaliyə göstərilən ödənişli xidmətlərlə bağlı məlumat

21:08 - 13 Sentyabr 2024 - GÜNDƏM

 Əhaliyə göstərilən ödənişli xidmətlərlə bağlı məlumat

Cari ilin yanvar-avqust aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8 faiz artaraq 7968,2 milyon manat olub.

Dövlət Statistika Komitəsindən BUTA.TV-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 5988,7 milyon manatlıq xidmət göstərilib.

Bu, xidmətlərin ümumi dəyərinin 75,2 faizini təşkil edib. Cari ilin yanvar-avqust aylarında hər bir ölkə sakini orta hesabla 781,6 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 75,6 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Bu ilin yanvar-avqust aylarında ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8,6 faiz artaraq 1456,8 milyon manat olub. Özəl sektorda ictimai iaşə dövriyyəsinin 51,2 faizi hüquqi şəxslərin, 48,8 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2023-cü ilin yanvar-avqust ayları ilə müqayisədə 10,2 faiz artaraq 739,0 milyon manat təşkil edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol