Qusarda bir qrup sahibkara qarşı səlib yürüşünə başlanıb. Söhbət Qusar rayonu, Samur qəsəbəsi, “Samur” Gömrük-Sərhəd Buraxılış Məntəqəsi yaxınlığında fəaliyyət göstərən sahibkarlardan gedir.
BUTA.TV xəbər verir ki, sahibkarlar Vətəninfo.az-a müraciət edərək çətin duruma düşdüklərini dilə gətiriblər. Sahibkarlar iddia edir ki, onların sahibkarlıq fəaliyyətini həyata keçirdikləri ərazi Rusiyada yaşayan iş adamı Qod Nisanovun xoşuna gəlib.
İş adamı sahibkarlarla deyil, icra başçısı Sahir Məmmədxanovla razılaşmaya gedərək sahibkarlara təzyiq edir. Sahibkarların sözlərinə görə bir neçə gündür ki, onların qanuni mülkiyyətində olan iaşə obyektlərinin işığı və qazı kəsilib. Artıq icra başçısının göstərişi ilə bu obyektlərə dünəndən su da verilmir. Sahibkarlar bildirir ki, onlara qarşı təziqlərin arxasında Rusiyada yaşayan iş adamı Qod Nisanov və onun adamları durur. Bundan əlavə iş adamları bildirir ki, Qod Nisanovun himayəçisi rolunda isə icra başçısı Sahir Məmmədxanov və rayonun məmurları var.
“Turist” kafesinin sahibi Talıbov Ramin Rodin oğlu, “Ukraina” kafesinin sahibi Səlimov Teymur İkram oğlu, “Rossiya” kafesinin sahibi Xəlilov Hikmət Nəsrəddin oğlu ən çox təziq edilən sahibkarlardır. Onlara öz mülkiyyətlərindən imtina etmək üçün vaxt verilib. Bir sözlə icra başçısı Sahir Məmmədxanov və əlaltıları birləşərək sahibkarlara divan tutur.
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer