İranın bir neçə vilayətində çörək mağazaları və sexlərinə əfqanıstanlılara çörək satılmaması barədə göstəriş verilib.
BUTA.TV xəbər verir ki, bu barədə əfqanıstanlı qaçqınlar sosial mediada paylaşım ediblər.
Onlar bu hərəkətin Kirman vilayətinin Bordsir şəhərindən başladığını və bir neçə gün ərzində başqa şəhərlərdə də tətbiq edildiyini bildiriblər.
“Qaçqınlara çörək satışı qadağandır, əks təqdirdə qaydanı pozanlara qarşı hüquqi ölçü götürüləcəkdir”,- çörək mağazalarının qapılarına asılan lövhələrdə xəbərdarlıq edilib.
Qeyd edək ki, bir neçə gün əvvəl İranın Daxili İşlər Nazirliyi 2025-ci ilin mart ayına kimi İranda yaşayan əfqanıstanlı qaçqınların çoxunun ölkədən deportasiya ediləcəyi barədə bəyanat yaymışdı.
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Ukraynaya istədiyi hər şey verilsəydi... - Bauer