Saat 10:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bəzi dağlıq və dağətəyi rayonlarda isə arabir yağış yağıb, şimşək çaxıb, Böyük Qafqazın bəzi yerlərində leysan xarakterli intensiv olub.
Şahdağın yüksək dağlıq ərazilərinə (3500 metr yüksəkliyə qədər) qar yağıb.
Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 45 mm , Qrızda 7 mm, Zaqatala, Gədəbəy, Tovuz, Daşkəsən, Şəmkir, Balakən, Qax, Qusar, Şahdağ, Xınalıq, Tərtər, Astarada 3 mm-dək olub.
Sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Culfada 16 m/s-dək güclənib.
Sumqayıt, Göygöl, Daşkəsən, Şahdağ, Qrızda duman müşahidə olunub.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30, Naxçıvan MR-da 37, Aran rayonlarında 35, dağlıq rayonlarda 25 dərəcəyədək isti qeydə alınıb.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var