Bakıda qəza səbəbindən sıxlıq yarandı

21:40 - 12 Sentyabr 2024 - GÜNDƏM

 Bakıda qəza səbəbindən sıxlıq yarandı

Mətbuat prospekti ilə Akim Abbasov küçəsinin kəsişməsində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə BUTA.TV-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Qəza səbəbindən Musabəyov parkı istiqamətində sıxlıq yaranıb.

Yolda hərəkət intensivliyini artırmaq və sıxlığın aradan qaldırılması məqsədilə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən qeyd olunan istiqamətdə işıqforlara "yaşıl dalğa" rejimi tətbiq edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol