Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin sədri Mixail Rott Gürcüstanda baş verən inqilabi proseslərə qarışmağa cəhd edərək özünü nüfuzdan salıb və indi də gürcü müxalifətinə kömək etməyə çalışır.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Bu şəxs ictimaiyyətin gözündə tamamilə nüfuzdan düşüb, o, inqilabi proseslərə qarışmağa cəhd etdi və səyləri uğursuz alındı. Rottun səfərinin müxalifət üçün hansı dəyəri ola bilər, bilmirəm”, - Kobaxidze qeyd edib.
Baş nazir bildirib ki, Bundestaq deputatının səfəri məhsuldar olmayacaq.
Qeyd edək ki, may ayında Tiflisdə “Xarici agentlər haqqında” qanuna qarşı keçirilən etiraz aksiyasında Almaniya, Çexiya, Polşa, Litva və Finlandiya parlamentlərinin xarici əlaqələr komitələrinin rəhbərləri də iştirak ediblər.
Mixail Rott hakim Gürcü Arzusu Partiyasını “gürcü kabusu” adlandırıb və onun sentyabrın 16-da yenidən Gürcüstana səfəri gözlənilir.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var