Regional sabitliyə xələl gətirə biləcək siyasətlər yenidən nəzərdən keçirilməlidir. Türkiyə Ana Vətən və qarant dövlət olaraq Kipr türklərinin təhlükəsizliyini və firavanlığını istənilən şəraitdə təmin etməyə davam edəcək.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyi ABŞ və Kipr arasında “İkitərəfli Müdafiə Əməkdaşlığı - Yol Xəritəsi" sazişinin imzalanmasına münasibət bildirərkən qeyd edib.
Ankara bu addımların adanın şimal hissəsinin təhlükəsizliyinə xələl gətirdiyini bəyan edib.
Bəyanatda vurğulanıb ki, bu razılaşma ABŞ-ın Kipr adasına münasibətdə neytral mövqeyini sarsıdır və Kipr probleminin həlli üçün ədalətli, davamlı və sabit razılaşma əldə etməyi çətinləşdirir.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var