Rus ordusu Kurskda sürətlə irəliləyir

10:26 - 12 Sentyabr 2024 - GÜNDƏM

 Rus ordusu Kurskda sürətlə irəliləyir

Sentyabrın 10-da rus qoşunları Kursk vilayətində əks-hücuma başlayıb. Hazırda bölgədə vəziyyət qeyri-sabitdir.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, Rusiya ordusunun hücumlarının miqyası və potensial perspektivləri hələ də bəlli deyil və qəti nəticələr çıxarmaq tezdir:

“Sentyabrın 11-ə aid geolokasiya görüntüləri rusların Juravlidən şərqdə (Korenevonun şimal-şərqində) Ukrayna qüvvələrinin mövqelərini geri aldığını göstərir. 10-dan çox kadr 51-ci hava-desant alayının Snaqostdan şimala və şimal-şərqə doğru irəlilədiyini təsdiqləyir”.

Rusiya hərbi blogerlərinin iddialarına əsasən, rus qoşunları Korenevo yaxınlığında şimaldan əks-hücuma keçib və sürətlə Snaqost istiqamətində irəliləyib. Bəzi mənbələr isə rusların Snaqostu tamamilə ələ keçirdiklərini bildirirlər. Bundan əlavə, 51-ci hava-desant alayının və 155-ci dəniz piyada briqadasının hissələrinin Snaqost bölgəsində irəliləyərək, Krasnojovtnevo, Komarovka, Vişnevka, Apanasovka, 10 Oktyabr, Obuxovka, Byaxovo, Vnezapnoe və Qordeyevka ərazilərini ələ keçirdiyi də qeyd olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol