Britaniya Ukraynaya 600 milyonluq yardım paketini elan etdi

20:44 - 11 Sentyabr 2024 - DÜNYA

 Britaniya Ukraynaya 600 milyonluq yardım paketini elan etdi

ABŞ Dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Kiyevə səfərləri çərçivəsində Ukraynaya yeni yardım paketi təqdim edib.

BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Devid Lemmi Ukraynaya 600 milyon funt-sterlinqdən çox dəstək vəsaiti ayrıldığını elan edib.

Bildirilib ki, yardım paketinə Britaniyanın Ukraynaya 242 milyon funt-sterlinq məbləğində maliyyə yardımı daxildir. Qeyd olunub ki, Ukraynanın iqtisadi sabitliyini gücləndirmək üçün ilin sonuna qədər Dünya Bankının kreditləri üçün 484 milyon dollar dəyərində kredit zəmanətləri də təqdim ediləcək.

Britaniyalı nazir ölkəsinin Ukraynaya dəstəyinin sarsılmaz olduğunu vurğulayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol