Rusiya aldadır, orada yalnız Çin iştirak edir - Pentaqon

00:40 - 11 Sentyabr 2024 - GÜNDƏM

 Rusiya aldadır, orada yalnız Çin iştirak edir - Pentaqon

Rusiyanın “Okean-2024” strateji komanda-qərargah təlimi ABŞ və digər NATO ölkələri üçün təhlükə yaratmır.

BUTA.TV xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder brifinqdə bildirib.

"Onlar ABŞ ərazisi və ya NATO üçün təhlükə yaratmır", - Rayder bildirib.

Onun sözlərinə görə, ABŞ Rusiyanın digər xarici müşahidəçilərin cəlb olunması ilə bağlı bəyanatlarına baxmayaraq, təlimlərdə yalnız Rusiya Federasiyası və Çinin gəmilərinin iştirak edəcəyinə inanır.

Rayder əlavə edib ki, ABŞ və müttəfiqləri istənilən halda bu manevrləri diqqətlə izləyəcəklər.

Qeyd edək ki, Rusiya Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı, admiral Aleksandr Moiseyev bildirmişdi ki, “Okean-2024” strateji komanda-qərargah təlimlərinə müşahidəçi qismində 90 mindən çox hərbi qulluqçu və 400-dən çox gəmi və xarici dövlətlərdən 32 nümayəndə dəvət olunub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol