Tacikistanın Moskvadakı səfirliyi sərhəddə nəzarətin gücləndirilməsi ilə əlaqədar vətəndaşlarına müvəqqəti olaraq Rusiyaya səfərdən çəkinməyi tövsiyə edir.
BUTA.TV xəbər verir ki, bu barədə diplomatik missiya öz Teleqram kanalında məlumat yayıb.
“Rusiya Federasiyasının sərhəd-keçid məntəqələrində gücləndirilmiş nəzarət rejimini nəzərə alaraq, Tacikistan Respublikasının vətəndaşlarına müvəqqəti olaraq Rusiya Federasiyasına səfər etməkdən çəkinməyi tövsiyə edirik”, – deyə bildirib.
Qeyd edək ki, martın 22-də Moskvada “Krokus Siti Holl”da 145 nəfərin ölümü ilə nəticələnən dəhşətli terror aktından sonra Rusiya hökuməti miqrasiya siyasətini sərtləşdirib. Teraktda Tacikistan vətəndaşları şübhəli bilinib.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var