Ermənistanın silahlanma siyasətini davam etdirməsi regiondakı sabitlik üçün ən ciddi təhdiddir.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Batumi şəhərində Türkiyə-Azərbaycan-Gürcüstan müdafiə nazirlərinin 11-ci üçtərəfli görüşündən sonra keçirilən məbuat konfransında deyib.
O bildirib ki, Azərbaycan regional problemlərin region ölkələri ilə birlikdə həllində maraqlıdır:
“Ermənistanın revanşist hərəkətləri hələ də davam edir. Konstitusiyasında qonşu ölkələrə, xüsusilə Azərbaycana qarşı ərazi iddiaları olan Ermənistanın silahlanması və regiondankənar ölkələrin Ermənistan vasitəsilə bölgəyə müdaxiləsi gələcəkdə sadəcə Azərbaycan üçün yox, bütün region üçün təhlükə mənbəyinə çevrilə bilər”.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var