Azərbaycan Mərkəzi Bankı (AMB) lizinq fəaliyyəti ilə məşğul olan "Prior Leasing" və lombard fəaliyyəti ilə məşğul olan "Kredit Evi" ASC-ləri və onların vəzifəli şəxslərini inzibati məsuliyyətə cəlb edib.
BUTA.TV bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun apardığı tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərinin pozulması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci və 598.1.2-ci maddələrinə əsasən, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin qərarı ilə "Prior Leasing" və "Kredit Evi" hər biri 50 min manat, onların vəzifəli şəxsləri isə hər biri 10 min manat cərimələnib.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var