Sabahdan başlayarq 2 gün ərzində Azərbaycan Mərkəzi Bankının Bakı şəhəri, Səbail rayonu, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasındakı “Nağd pul ofisi” fəaliyyət göstərməyəcək.
BUTA.TV xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilib ki, buna səbəb 13-15 sentyabrda paytaxtda keçiriləcək “2024 Formula 1 Azərbaycan Qran Prisi” ilə əlaqədar bəzi küçə və prospektlərdə avtomobillərin hərəkətinin müvəqqəti olaraq məhdudlaşdırılmasıdır.
“Nağd pul ofisi” növbəti həftədən başlayaraq qrafikə uyğun fəaliyyətini bərpa edəcək. Əlavə suallarla bağlı AMB-nin “Qaynar xətt”inə (966) müraciət oluna bilər.
Xatırladaq ki, Bülbül prospektindəki "Nağd pul ofisi" həftənin 2-ci, 3-cü və 4-cü günləri saat 10:00-dan 13:00-a qədər fəaliyyət göstərir.
- Fransadan Bakıya qarşı inanılmaz əxlaqsızlıq - Video
- Bu, Əliyevin qələbəsidir - Solonnikov
- Türkiyə şirkətləri Qarabağda nələr edir? - Foto
- Verdiyevin həbsi: Necə davranmaq lazımdır? – Şərh
- Ordumuz niyə SEPAH-la hərbi təlim keçirir? – İki səbəb
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt