Ermənistan Azərbaycana növbəti dəfə güzəştə getməyə hazırlaşır. Bu dəfə Mehridən yol veriləcək.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, bu barədə erməni şərhçi Mesrop Arakelyan deyib.
Erməni şərhçi bildirib ki, rəsmi İrəvan Mehridən keçən yola özəl şirkətin nəzarətindən bəhs edir:
“Əslində bu, Azərbaycana Naxçıvana çıxış üçün maneəsiz keçidin veriləcəyinin rəsmi şəkildə bəyan edilməsi deməkdir. Bunun müqabilində Ermənistan heç nə əldə etmir. Ermənistan Azərbaycana yol verəcək, əvəzində heç nə almayacaq”.
Mesrop Arakelyan qeyd edib ki, Ermənistan 10 noyabr razılaşmasında götürdüyü öhdəliyi yerinə yetirir.
“Bu, Naxçıvanla bağlı öhdəlikdir və Ermənistan Azərbaycana muxtar respublikaya çıxış üçün yol verəcəyi öhdəliyini götürüb. İndi də ardıcıl şəkildə bunu icra edir”, - o bildirib.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var