Sentyabrın 9-da axşam saatlarında “Stokholm Arlanda” Beynəlxalq Hava Limanı fəaliyyətini 2 saatdan çox müddətə dayandırıb.
BUTA.TV xəbər verir ki, buna səbəb idarəetmə qülləsindən görünən müxtəlif ölçülü dörd pilotsuz uçuş aparatı olub.
Polis mümkün təxribat cəhdini araşdırır. “Biz vəziyyəti araşdırırıq və məlumat toplamağa davam edirik. Hazırda heç kim saxlanılmayıb. Bunun qəsdən törədildiyindən şübhələnirik”, - Stokholm polisi bildirib.
Oxşar hadisə ötən gün Uppsalada mühafizə olunan obyektlərin yaxınlığında da qeydə alınıb.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var