Uels Şahzadəsi Keyt Middlton kimyaterapiya müalicəsini başa vurduğunu açıqlayıb.
BUTA.TV xəbər verir ki, Keyt Middlton bu barədə X sosial şəbəkə hesabında video paylaşıb.
Videoda onun həyat yoldaşı Şahzadə Uilyam və uşaqları ilə keçirdiyi xüsusi anlar yer alır. O, son 9 ayın özü və ailəsi üçün çətin keçdiyini, kimyaterapiya müalicəsini başa vurduğu üçün isə çox sevindiyini bildirib. Eyni zamanda, diqqətini xərçəngdən qorunmağa yönəldəcəyini əlavə edib.
Qeyd edək ki, bu ilin yanvarında Keyt Middlton qarın nahiyəsindən əməliyyat keçirdiyini açıqlamışdı. Mart ayında isə xərçəng hüceyrələrinin aşkarlandığını və profilaktik kimyaterapiya müalicəsi almalı olduğunu təsdiqləmişdi.
- Bakıdan Məkkəyə velisopedlə gedir - Video
- Yayda meyvə-tərəvəz bahalaşa bilər - Video
- Bu şəxslər 1000 manat cərimələnəcək - Video
- Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
- 100 ildən çox yaşı olan qamış bina hər an uça bilər
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Alça satışa çıxdı: kilosu 100 manata - Video
- Lənkəranda sexdə partlayış: yaralanan var